Azərbaycan - Estoniya: Hakimlər açıqlandı

12:31 - 14 İyun 2023

AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda keçiriləcək Azərbaycan - Estoniya görüşünün hakimləri bəlli olub. 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Andrey Berkadır, ona yan xətt hakimləri İvo Nadvornik və Kamil Hayek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

Azərbaycan - Estoniya görüşü iyunun 17-də keçiriləcək və görüşə saat 20:00-da start veriləcək. 

Xəbər xətti