"Roma"nın niderlandlı hücumçusu Castin Klyuvert İtaliya klubuna transferini xatırlayıb.
Sportal.az xəbər verir ki, "Ziggo Sport"a danışan gənc futbolçu əsas məqsədindən söz açıb:
"Roma"ya keçəndə cəmi 19 yaşım var idi və düşünürdüm ki, iki il orada qalıb sonradan “Real”la müqavilə imzalayacam. Əslində hər şey başqa cür oldu. Məqsədim “Real” və ya “Barselona”ya keçmək , “Roma”nı keçid mərhələsi hesab edirdim. Amma təəssüf ki, qarşımda futbolun başqa üzü açıldı".
Klyuvert 2018-ci ilin yayında “Ayaks”dan "Roma"ya keçmişdi. 2021/2022 mövsümündə isə o, “Nitsa”ya icarə əsasında oynayıb. Yaydan bu yana isə niderlandlı "Valensiya"nın formasını geyinir.
saytlarin hazirlanmasi