İtaliya klubu rusiyalı forvardı satacaq

15:09 - 14 İyun 2023

"Fiorentina" 2022/2023 mövsümündə icarə əsasında "Aris"də çıxış etmiş Aleksandr Kokorini satmaq istəyir.

Sportal.az "Fiorentina News"a istinadən xəbər verir ki, 32 yaşlı rusiyalının Kiprdəki uğurlu performansı İtaliya klubunun etimadını qazanmayıb.

Onlar istənilən halda, Kokorinlə yollarını ayırmaq niyyətindədir. Limassol təmsilçisi adıçəkilən futbolçunun transferində maraqlıdır.

Xatırladaq ki, Kipr Premyer Liqasının 2022/2023 mövsümündə Kokorin 27 oyun keçirib və dördü penaltidən olmaqla ümumilikdə 11 qol vurub. O, həmçinin Kipr çempionatında mövsümün ən yaxşı oyunçusu adını qazanıb.

Xəbər xətti