Öncə De Byazi, sonra Heberli

11:14 - 15 İyun 2023

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da  keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat qarşısına öncə Canni De Byazi çıxacaq. İtaliyalı mütəxəssisin mətbuat konfransı iyunun 16-ı saat 11:00-da baş tutacaq. 11:30-da isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Estoniya millinin baş məşqçisi Tomas Heberli 17:30-da mətbuat önünə çıxacaq. Millimizin rəqibi 18:00-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə çıxacaq.

Xəbər xətti