"Arsenal" ilk rəsmi təklifini irəli sürdü

13:17 - 15 İyun 2023

"Arsenal" "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays üçün ilk rəsmi təklifini irəli sürüb. 

Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, əvvəllər klubların nümayəndələri qeyri-rəsmi səviyyədə görüşmüşdülərsə, Premyer Liqanın səhmdarlarının ümumi yığıncağında "Arsenal"ın icraçı direktoru Tim Lyuis və onun "Vest Hem"dəki həmkarı Karren Bredi arasında danışıqlar olub.

24 yaşlı yarımmüdafiəçi ilə fəal şəkildə "Mançester Siti" də maraqlanır. Amma onun "Arsenal"a keçidinin daha yaxın olduğu iddia edilir. Yarımmüdafiəçinin "Vest Hem"lə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir. İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə 37 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Rays peşəkar karyerasının başladığı 2016/2017 mövsümündən "Vest Hem"də oynayır.

Xəbər xətti