"Arsenal"ın hücumçusu Folarin Baloqun "İnter"in maraq dairəsindədir.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu üçün ideal variant futbolçunu icarəyə götürməkdir.
"İnter"in idman direktoru Piero Ausilio Londona yollanıb və orada yeni transferlərlə bağlı bir neçə görüş keçirəcək. Florin Baloqun “Arsenal”a məxsus olsa da, “Midlsboro” və “Reyms”də icarə əsasında çıxış edib. "Topçular" hücumçunun satışından 40 milyon avro qazanmaq istəyir.
Folarin ötən mövsümü icarə əsasında "Reyms"də keçirib. O, Liqa 1-də 37 matçda 21 qol vurub və iki məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi