İngiltərəli futbolçu "Roma"da qaldı

16:14 - 16 İyun 2023

İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Kris Smollinqlə sözləşməni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli mərkəz müdafiəçisi 2025-ci ilin yayına kimi klubunda qalacaq.

Qeyd edək ki, "Roma" Kris Smollinqi 2020-ci ilin yayında "Mançester Yunayted"dən transfer edib. 33 yaşlı arxa xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti