UEFA Millətlər Liqasının "dördlər finalı"nın yarımfinal mərhələsinin İspaniya ilə görüşü İtaliya millisinin forvardı Çiro İmmobile üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, matçının 11-ci dəqiqəsində penaltidən fərqlənən "skuadra azzurra"nın hücumçusu Roberto Mançininin gəlişindən bu yana komandanın bombardiri ünvanına sahib çıxıb.
33 yaşlı futbolçu Mançinin rəhbərliyi altında İtaliya millisində 24 oyunda 9 qol vurub. Ümumilikdə isə təcrübəli hücumçu millidə 56 matçda 16 qol vurmağı bacarıb. Mançini 2018-ci ilin may ayından İtaliya millisinə rəhbərlik edir.
saytlarin hazirlanmasi