Estoniya millisinin forvardı Henri Anier AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu matçdan gözləntilərini bildirib:
"İlk gündən hər şey yaxşıdır. Hazırda əhval-ruhiyyəmiz də qaydasındadır. Səbirsizliklə Azərbaycanla oyunu gözləyirik. Çətin matç olacaq. Amma sabahkı matçda qələbə qazanmaq istəyirik. Rəqibin zəif və güclü tərəflərini analiz etmişik. Sabah əlimizdən gələni edəcəyik ki, Azərbaycan millisinin boşluqlarından istifadə edək".
Mirbağırağa
saytlarin hazirlanmasi