"Azərbaycana qarşı öz oyunumuzu oynamalıyıq"

18:11 - 16 İyun 2023

"Püşkatma olduqda Azərbaycan millisi dördüncü, Estoniya beşinci səbətdən çıxmışdı. Sabahkı oyunla bağlı adi təzyiq var. Qrupumuzdakı digər komandalar güclüdür. Azərbaycan da evdə yaxşı oynayır. Sabahkı matçda xallarımızı qazanmağa çalışacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan - Estoniya görüşündən əvvəl keçirilmiş mətbuat konfransında rəqib komandanın baş məşqçisi Tomas Heberli deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçularınız sabahkı matç üçün sağlamdır?

- Bura gələn oyunçuların hamısı sağlamdır. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik.

- Sabahkı matçda əsas faktor nə olacaq?

- Oyunun sonuna kimi səbrli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Biz öz oyunumuza köklənməli, öz oyunumuzu oynamalıyıq. Hər iki komanda sabahkı oyunda xal qazanmaq istəyir. Ona görə də, maraqlı oyun olacaq.

- Azərbaycan Avstriyaya 1:4, Estoniya 1:2 uduzub. Bununla bağlı fikriniz necədir?

- Amma nəticədə hər iki komanda rəqibinə uduzub. Hər halda, biz xal fərqinə görə oynayırıq, top fərqinə görə deyil. Yəni, hesab fərqinin önəmi yoxdur. Həm biz, həm də Azərbaycan xalsız qalmışdı. Azərbaycan İsveçlə görüşdəki böyük hesabla məğlub olsa da, yaxşı oynamışdılar.

Mirbağırağa

Xəbər xətti