"Çelsi"nin hücumçusu Kay Havertz "Arsenal"la şəxsi müqavilə bağlamağa razılaşıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, müqavilə şərtlərinin müzakirəsi zamanı heç bir problemin olmayacağı gözlənilir.
Havertz bu yay "Çelsi"dən ayrılmağa hazırdır, lakin "Arsenal" "mavilər"in onun üçün tələb etdiyi 88 milyon avronu ödəmək fikrində deyil. “Real” da almaniyalı uğrunda mübarizəni yarımçıq qoyub.
Başa çatan mövsümdə hücumçu "Çelsi"nin heyətində Premyer Liqada 37 oyuna çıxıb, 7 qol vurub və bir məhsuldar ötürmə edib.