Millimizin rəqibləri bəlli oldu: Moldova, Estoniya, İtaliya

20:26 - 16 İyun 2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

5 iyul. Saat 18:45

Azərbaycan – Moldova

6 iyul. Saat 18:45

Azərbaycan – Estoniya

7 iyul. Saat 18:45

Azərbaycan – İtaliya

Xəbər xətti