İngiltərənin "Lester" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqadakı mövqeyini qoruyub-saxlaya bilməyən klub Enzo Mareskinin bu posta təyin edib. Yeni sezondan Çempionşipdə mübarizə aparacaq "Lester" onunla üç illik müqavilə imzalayıb.
"Mançester Siti"də Xosep Qvardiolanın məşqçilər korpusunda yer alan italiyalı “Askoli”, “Sevilya”, “Vest Hem”, “Parma” klublarında da işləyib. O, “Yuventus”, “Fiorentina”, “Sevilya”, “Palermo”, “Sampdoriya” klublarının veteran futbolçusudur.
saytlarin hazirlanmasi