"Bavariya" və "Mançester Yunayted" Viktor Osimhen üçün 150 milyon avro ödəmək fikrində deyil.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “Napoli” yüksək məbləğ tələb etdiyindən Münhen təmsilçisi bu mübarizədən ümumiyyətlə geri çəkilib. Əslində, “Mançester Yunayted” də 150 milyon avro ödəmək istəmir. “Qırmızı şeytanlar”ın rəhbərliyi qiymətin həddindən artıq yüksək olduğunu qarşı tərəfə bildirib.
PSJ isə Osimhen üçün 100 milyon ödəməyə hazırdır. Nigeriyalının yeni mövsümə hansı komandada başlayacağı yaxın günlərdə dəqiqləşəcək.