"Torino" Rusiya millisinin və "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançukun transfer hüququna yiyələnmək istəyir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi rusiyalı üçün 7 milyon avro ödəməyə hazırdır.
Ötən mövsüm Mirançuk "Torino"da klubda icarə əsasında oynayıb.
27 yaşlı futbolçu 2020-ci ildə “Lokomotiv”dən (Moskva) “Atalanta”ya keçib.
saytlarin hazirlanmasi