"İnter"in qolkiperi Andre Onana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, kamerunlu qapıçı "Mançester Yunayted"in maraq dairəsindədir.
İngiltərə təmsilçisi artıq qolkiperin agenti ilə ilkin danışığa keçib. Erik ten Haq da "Ayaks"da çalışdığı qapıçını Mançesterə gətirmək niyyətindədir. Daha əvvəl 27 yaşlı futbolçu ilə “Çelsi”nin də maraqlandığı bildirilirdi.
27 yaşlı qapıçı 2022-ci ildən “İnter”in qapısını qoruyur.
saytlarin hazirlanmasi