Azərbaycan millisi Estoniya qarşısına bu start heyəti ilə çıxacaq

11:19 - 17 İyun 2023

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turu çərçivəsində Estoniya ilə qarşılaşacaq.

Sportal.az saytına verilən məlumata görə, millimizin bugünkü oyuna hansı heyətlə çıxacağı bəlli olub. Canni De Byazi estonlarla görüşdə aşağıdakı start heyətinə güvənəcək:

“Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Höccət Haqverdi, Elvin Camalov, Emin Mahmudov, Aleksey İsayev, Mahir Emreli, Ramil Şeydayev, Renat Dadaşov

Xatırladaq ki, Azərbaycan – Estoniya matçı “Dalğa Arena”da keçiriləcək və 20:00-da start götürəcək.

Xəbər xətti