Canni De Byazi: "Məni qovsalar, gedəcəm"

22:43 - 17 İyun 2023

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda Estoniya seçməsi ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Heç cür oyunumuz alınmırdı, düzgün ötürmələr verə bilmirdik. Ona görə üç əvəzetməyə getdik, komandanı dəyişdik. İkinci yarıda çox yaxşı oynadıq. Daha çoxuna layiq idik. Son dəqiqədəki epizod qol olsaydı, bəxtimiz gətirsəydi, oyunu uda bilərdik. İlk yarıya görə məyus oldum, ikinci hissədən isə çox razıyam.

- İlk hissədə rəqib qapımıza üç zərbə vurdu. Demək olar ki, bizim də bəxtimiz gətirdi?

- Razıyam. İlk yarıda onlar bizdən çox yaxşı oynadılar, iki qol da vura bilərdilər. İkinci hissədə yaxşı oynadıq. Burada epizodlardan danışmaq istəmirəm. Amma fasilədən sonra yaxşı oynadıq və qələbəyə layiq idik.

- İlk hissədən razı qalmadığınızı dediniz. Demək olar ki, əsas heyət düzgün seçilməmişdi?

- Maraqlı sualdır..  Biz çoxdandır ki, 4-2-3-1 sistemi ilə oynayırdıq. Matçdan qabaq beynimə şübhələr gəlmişdi ki, sistemi dəyişim. Amma sistemi dəyişsəydik, alınmasaydı, siz məni "öldürərdiz". İlk hissədə oyunumuz yaxşı getmədi və komandanı dəyişdik. Bizdə mövsüm qutarıb, çox oyunçular yorğundur. Estoniya bizdən daha hazırdır, çempionatlarının ortasıdır. Estoniya millisi fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Nəticəyə görə məyusam. Amma ikinci yarıdakı oyuna görə razıyam.

- Ard-arda qələbələr qazandınız, dediniz ki, bina tikirəm. İki oyunda uduzdunuz, binanın axırı necə oldu?

- Sənin kimi insanlar çoxdur. Daha çox yıxılan bir ağacın səsini eşidirsən, nəinki qurulan meşənin.

- Azərbaycan xalqı sizdən qələbə gözləyirdi. Düşünmürsüz ki, bundan sonra qələbə olmayacaq və öz prestijinizə görə çıxıb gedəsiniz? 

- Qrupumuz haqda nə düşünürsən?

- Dünən Ermənistan Uelsə qalib gəldi...

- Bizim qrupumuz haqda nə düşünürsüz? Futboldan yaxşı başın çıxır. Neçənci yerə çıxmalıyıq? Biz futboldan danışırıq, yoxsa hansısa barda oturub söhbət edirik? Azərbaycan hara çıxmalıdır? Uğur qazanmaq üçün yaxşı maşının olmalıdır. 

- İlk gələndə belə demirdiniz...

- Siz məndən yaxşı bilirsiz ki, futbol cəmiyyətində nələr baş verir. Az vaxtda bu qədər az futbolçu ilə qısa periodda nəsə etmək çətindir.

Nə qədər vaxt lazımdır?
......

- Qurban Qurbanov İtaliyada uğursuz nəticə göstərsəydi, İtaliya xalqı nə deyərdi?

- Bu nə sualdır?

- Bəzən sürücü maşından bezəndə satıb gedir. Hər dəfə bəhanə edirsiniz...

- Bir şeyi yarımçıq qoyub getmək xarakterimdə yoxdur. Daha güclü komandadan təklif var idi. Müqaviləm olduğuna görə getmədim. Başqa belə suallarınız var?

- İşinizi yarımçıq qoysaz, nə baş verər?

- Əgər getsəm, nə baş verər? Məni qovsalar, gedəcəm.

Mirbağırağa

Xəbər xətti