U-21 millimiz Türkiyəyə məğlub oldu

23:03 - 17 İyun 2023

Azərbaycanın U-21 yığması bu gün yoldaşlıq oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Türkiyə yığması ilə qarşılaşıb. Millimiz oyundan minimal hesablı məğlubiyyətlə ayrılıb.

Azərbaycan yığması iyunun 19-da Qırğızıstanla qarşılaşacaq.

Yoldaşlıq oyunu

17 iyun

20:00 Türkiyə U-21 - Azərbaycan U-21 1:0

Qol: Enis Destan, 59 (pen)

Xəbər xətti