Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya seçməsi ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Bəhlul Mustafazadə matçdan sonra "CBC Sport" kanalına açıqlama verib. 26 yaşlı futbolçu 2 xal itirdiklərini bildirib:
"Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib heç də zəif deyildi. Estoniya millisinə xeyli standart vəziyyət verdik. Rəqib də bundan yararlandı. Sona qədər mübarizə apardıq. Düşünürəm ki, bu gün 2 xal itirdik. Yaxaladığımız şansları dəyərləndirsəydik, nəticə fərqli olardı. İmkanlarımızı boşa verdik. Qələbəyə layiq idik. Təəssüf ki, 3 xal qazanmaq alınmadı".
saytlarin hazirlanmasi