"Azərbaycan millisinin bu qədər geriyə çəkiləcəyini gözləmirdik"

14:33 - 18 İyun 2023

Türkiyənin U-21 milli komandası yoldaşlıq oyunu çərçivəsində azərbaycanlı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ay-ulduzlular"ın baş məşqçisi Levent Sürme açıqlama verib. 40 yaşlı mütəxəssis millimizin müdafiə futbolu oynadığını bildirib:

"Rəqibin bu qədər geriyə çəkiləcəyini gözləmirdik. Topa çox sahib olduq. Bunu da istəyirdik. Çünki, dominant oyun sistemimiz var. Bunu komandaya hər dəfə deyirəm. Top bizdə olanda daim rəqib qapısını düşünən, hücum edən bir komanda istəyirəm. Top rəqibdə olarkən rəqibə nəfəs almağa imkan verməyən oyun sistemimiz var. Bu təzyiqi həyata keçirdik. Müdafiə sözünü heç sevmirəm. Rəqibi həmişə təzyiq altında saxlamaq istəyirik. Bunu yaxşı bacardıq. Əksik olan yeganə şey qol sayı idi. Bunun da səbəbi cərimə meydançasına yaxınlaşdığımız zaman rəqibin 8-9 nəfərlə müdafiə olunması idi. Qapının ağzında sakitliyimizi itiririk".

Xəbər xətti