Estoniya millisinin müdafiəçisi Rasmus Pitson UEFA AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıdakı heç-heçə (1:1) haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “Soccernet” portalına açıqlama verən futbolçu görüşü bu cür dəyərləndirib:
"Biz məyus olduq. Bu, qalib gələ biləcəyimiz oyun idi. İlk hissədə çoxlu şanslarımız oldu. Onları həyata keçirib, uğur qazana bilərdik. Düşünürəm ki, sonda bu üstünlüyü qoruyub saxlamaq olardı. Standart vəziyyətdən qol vurduq, bu da bizi sevindirməyə bilməz. Azərbaycanın bir az üstünlüyü var idi, amma ümumilikdə biz işimizin öhdəsindən gəldik. İkinci hissəni bizdən yaxşı oynadılar, müdafiə xəttimiz cinahlar boyu o qədər də yaxşı hərəkət etmədi. Hər halda, rəqibi belə tək qoymaq mümkün deyildi. Amma heç nə etmək əlimizdən gəlmir, sadəcə olaraq, səhvlərimizdən dərs almalıyıq".
saytlarin hazirlanmasi