Millinin qapıçısı bu komandaya keçə bilər

21:38 - 18 İyun 2023

"Everton" və İngiltərə millisinin qapıçısı Cordan Pikford karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportal.az “The Daily Star"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 29 yaşlı qolkiper üçün 45 milyon funt-sterlinq ödəməyə hazırdır.

Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haq klubun yayda yeni qapıçı almasını istəyib. Rəhbərlik isə ən layiqli olaraq Pikfordu seçib. Hazırda danışıqlar davam edir.

 

 

Xəbər xətti