İyunun 20-də beynəlxalq yoldaşlıq oyunu çərşivəsində Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millli komandasının heyətinə daha iki futbolçu cəlb olunub.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Latviyanın “Dauqavplis” komandasının üzvü Ramin Nəsirli və “Qəbələ” klubunun futbolçusu Emil Səfərov millinin Bakıdakı hazırlıq prossesinə qoşulub.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qırğızıstan qarşılaşması saat 19:30-da başlayacaq.
saytlarin hazirlanmasi