Sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan (U-21) – Qırğızıstan (U-21) beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, görüşü Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmamı köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, millimiz iki gün öncə İstanbulda Türkiyə U-21 yığmasına 0:1 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi