Azərbaycan milli komandasının veteran futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisinin Estoniyaya qalib gələ bilməməsi sənin üçün gözlənilməz oldu?
- Gözlənilməz bir şey olmadı. Mən düşünürdüm ki, qalib gəlmək lazımdır deyə, bunu edəcəklər. Millimizim birinci hissədəki oyunu sadəcə sıfır idi. İkinci yarıda guya taktika dəyişdi. Kornerdən hesabı bərabərləşdirdik. Elə də çox şansımız olmadı. Ümumən çox zəif oynadıq. Qol şansları yarada bilmirdik. Estoniyanın qol şansı daha çox idi. Birinci hissə bəlkə də, hesab 0:3 olmalıydı.
- Millimizin qalib gəlməsinə mane olan nə və ya kim idi?
- Heç bir mane yox idi. Çox zəif oynadı milli. Bu heyət seçimi ilə də bağlıdır. Estoniyanı məğlub edə bilmiriksə, daha bundan o tərəfi yoxdur. Şərh verməli də bir şey tapmaq olmur. Estonları udmalıydıq.
- Fasilədəki taktiki dəyişiklikdən sonra milli aktivləşdi və hücumlar etməyə başladı. Demək olar ki, start heyəti və sxemi səhv idi?
- O taktiki dəyişiklik deyildi ki. Sadəcə beşli müdafiəyə keçdilər, De Byazi müdafiəyəmeyilli oyunçuları meydana buraxdı. Gərək Qismət Alıyevi start heyətində meydana buraxardı, Höccəti oynatmazdı. Düzdür, dəyişikliklərdən sonra azca irəliləyiş oldu. İkinci hissə basqı etdik, estonlar da çox oturdu arxaya.
- Höccət Haqverdidən söz düşmüşkən, səncə Canni De Byazi onu nəyə görə meydana buraxır?
- Oyundan əvvəl də demişdim ki, vallah başa düşmürəm, bu, Höccətə nə sevdadır, nədir axı? Niyə Höccət Haqverdi millidə start heyətində oynayır, anlamıram. Elə Estoniyanın ilk hissədəki hücumları onun yer aldığı cinahdan gedirdi. Çox zəifdir. Nə hücuma qoşulur, nə normal müdafiə olunur.
- Canni De Byazinin mətbuat konfransında dediyi "məni qovmasalar, getməyəcəm" açıqlamasını necə şərh edəcəksən?
- Nə bilim vallah. Canni De Byazi oturub pulunu qazanır da.
- Estoniya ilə görüşdən sonra görünən odur ki, qrupda sonuncu yeri millimiz tutacaq?
- Hər şey ola bilər, futboldur. İndidən bir söz demək olmur. Amma Estoniya elə rəqibdir ki, onu evdə udmaq lazım idi.
Mirbağırağa
saytlarin hazirlanmasi