İtaliya millisinin üzvü "Roma"da qaldı

21:29 - 19 İyun 2023

İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Brayan Kristantenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayına kimi A Seriyası klubuna məxsus olacaq.

Qeyd edək ki, "Roma" Brayan Kristanteni 2019-cu ilin yayında "Atalanta"dan transfer edib. İtaliya millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 53 rəsmi matçda 1 qol və  məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti