Millimiz Qırğızıstana qarşı

12:16 - 20 İyun 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz “Dalğa Arena”da keçiriləcək qarşılaşmada Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bundan əvvəl Türkiyənin U-21 millisinə 0:1 hesabı ilə məğlub olub.

 

Xəbər xətti