Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri bəlli oldu

19:30 - 20 İyun 2023

Bu gün Birşəlmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionluq uğrunda mübarizə aparacaq 32 komanda 8 qrupa bölünüb.

Mundiala Avropa çempionu kimi qatılacaq Azərbaycan G qrupunda Tunis, Misir və İraq yığmaları ilə oynayacaq. Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində təşkil olunacaq.

Xəbər xətti