İtaliyanın "Yuventus" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi Anxel Di Mariya ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı vingerin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Anxel Di Mariya 2022-ci ilin yayından "Yuventus"da çıxış edirdi. 35 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi