Almaniya millisinin üzvü ölkəsinə qayıdır

17:31 - 23 İyun 2023

"İnter" və Almaniya milli komandasının üzvü Robin Qosens ölkəsinə qayıdacaq.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Union Berlin"lə danışıq aparır. Tərəflərin razılıq əldə etdiyi və yaxın günlərdə Almaniya klubunun Qosensin transferini ictimaiyyətə açıqlayacağı gözlənilir.

Keçid üçün almanlar “İnter”ə 18 milyon avro ödəyəcək. “Vitess” yetirməsi olan Robin “Dordrext”, “Herakles”, “Atalanta” klublarında oynadıqdan sonra 2022-ci ildə “İnter”ə keçmişdi.

Xəbər xətti