"Çelsi"nin hücumçusu Romelu Lukaku karyerasını "Milan"da davam etdirə bilər.
Sportal.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyerlər" "zadəganlar"ın belçikalı üçün tələb etdiyi 40 milyon avronu ödəməyə hazır olduğunu qarşı tərəfə bildirib.
30 yaşlı hücumçu ötən mövsümü icarə əsasında "İnter"də keçirib. "Anderlext" yetirməsi olan Lukaku "Vest Bromviç", "Eveton", "Mançester Yunayted" klublarının formasını geyinib.