"Latsio" 35 yaşlı ispanla müqavilə imzalayacaq

18:33 - 23 İyun 2023

İspaniya millisinin sabiq üzvü Pedro "Latsio"nu tərk etməyəcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" ispaniyalı ilə bir illik müqavilə imzalayacaq.

Tərəflər artıq şifahi razılıq əldə edib. Rəsmi müqaviləyə əsasən, 35 yaşlı futbolçu 2024-cü ilə qədər "Latsio"ya məxsus olacaq. "Barselona" yetirməsi olan Pedro "Çelsi", "Roma"da oynadıqdan sonra 2021-ci ildə "Latsio"ya keçib.
 

Xəbər xətti