Kriştianu Ronaldonun formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu heyətini gücləndirmək üçün bir çox futbolçu ilə danışıq aparır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, ərəblərin ilk növbədə həyata keçirmək istədiyi futbolçu “İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçdir. Son bir neçə gündə “Əl-Nəsr” fəal şəkildə İtaliya klubu ilə danışıqlar aparır.
Hələ ki, tərəflər arasında yekun anlaşma əldə olunmayıb. Klublar transferin əsas detallarını müzakirə etməyiblər. Xorvatiyalı özü “Əl-Nəsr”ə keçməyə müsbət yanaşır. 2022/2023 mövsümündə təcrübəli oyunçu "nerazzura"nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb və 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Onun Milan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir. 30 yaşlı futbolçu “Hrvatska Draqovlyaç”, “Lokomotiva” və “Dinamo”da (Zaqreb) oynadıqdan sonra 2015-ci ildə “İnter”ə keçib.
saytlarin hazirlanmasi