"Napoli" "Marsel"in sabiq futbolçusu üçün hərəkətə keçdi

15:18 - 24 İyun 2023

"Napoli"nin yeni baş məşqçisi Rudi Qarsiya transfer planları ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, "Footmercato"ya danışan təcrübəli mütəxəssis sabiq komandası "Marsel"dən bir neçə oyunçunu Neapol klubunda sərəncamında görmək niyyətindədir:

"Kimsə mütləq qalacaq, kimsə gedəcək. Uzun müddətdir futboldayam, bilirəm ki, yaxşı oyunçunu rədd etmək mümkün olmayan təklif gəlsə, gedişinə icazə verilər. Əgər heyət keçənilki kimi olsa, böyük dəyişikliklərə getməyəcəm. Ancaq öz əlavələrimi də edəcəm".

Rudi Qarsiya 2016-2019-cu illərdə çalışdırdığı “Marsel”dəki sabiq futbolçularını komandada görmək istəyir. Onun Maksim Lopesi “Napoli”yə dəvət edəcəyi gözlənilir. 25 yaşlı yarımmüdafiəçi başa çatan mövsüm “Sassuola”da 10 oyuna çıxıb. Qarsiya bir neçə gün əvvəl baş məşqçi postundan göndərilmiş Luçano Spalettini əvəzləyib.
 

Xəbər xətti