Mini-futbol üzrə Azərbaycan millisi 2023-cü ildə BƏƏ-də keçiriləcək dünya çempionatında iştirak edəcək. İki gün öncə baş tutmuş püşkatmada yığmamızın Tunis, Misir və İraqla eyni qrupda mübarizə aparacağı bəlli olub.
Millimizin baş məşqçisi Elşad Quliyev Sportal.az saytına açıqlamasında qrupdakı şanslarımızı dəyərləndirib:
"Püşkatma millimiz üçün uğurlu alındı. Rəqiblər haqda geniş məlumatımız yoxdur. Amma məlumat toplamağa çalışacağıq. Təbii ki, millimizi qrupun favoriti hesab etmək olar. BƏƏ-yə mükafat qazanmaq üçün gedəcəyik. Hətta deyərdim ki, dünya çempionu olmaq şansımız yüksəkdir. İstəyirik ki, bunu reallaşdıraq. Təbii ki, bunun üçün hazırlıqlarımız olacaq. Milli komandamızda yeni simalar da görə bilərsiz. Bu turnirdə ən yaxşısını etməyə çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi