"15-20 il burada qalarsa, həmin formaya layiq olduğunu demək mümkündür"

13:51 - 25 İyun 2023

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti komandanın hazırkı futbolçusu Paulo Dibala haqda danışıb.

Sportal.az xəbər verir ki, "goal"a danışan Totti argentinalının "Roma"da 10 nömrəli futbolkanı daşımağa layiq olub-olmaması ilə bağlı verilən sualı cavablandırıb:

"Dibala "Roma"da 10 nömrəli formanı geyinməyə layiqdir? O, daha 15-20 il burada qalarsa, həmin formaya layiq olduğunu demək mümkündür. Hər halda, hazırda yaxşı oynayır və cəmi bir ildir ki, komandadadır".

Veteran futbolçu 1993-2017-ci illərdə “Roma”nın heyətində 619 oyuna çıxıb 250 qol vurub. O, karyerası ərzində yalnız “canavarlar”ın formasını geyinib.

Xəbər xətti