İtaliyanın "Tuttosport" nəşrinin tanınmış jurnalisti Franki Massimo "Torino" və Rusiya millisinin 27 yaşlı yarımmüdafiəçi Aleksey Mirançukun performansını dəyərləndirib.
Sportal.az xəbər verir ki, o, Turin klubunun "Atalanta"ya məxsus olan rusiyalı üçün pul ödəməməsini belə şərh edib:
"Torino" nəyə görə onu transfer etmir? Çünki rusiyalı adi oyunçudur. Doğrudur, yaxşı futbolçudur. Amma İtaliya futbolu üçün xüsusi heç nəyə sahib deyil. Əgər Mirançuk həqiqətən güclü oyunçu olsaydı, "Atalanta" onu saxlayardı və şübhəsiz ki, "Torino"ya icarəyə verməzdi".
Qeyd edək ki, Aleksey Mirançuk 2020-ci ildə "Lokomotiv"dən ayrılaraq "Atalanta"ya keçib. O, ötən mövsümü icarə əsasında “Torino”da oynayıb. Mirançuk 2022/2023 mövsümündə 31 matçda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi