"Yuventus" Mauro İkardinin keçidini həll etməyə hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi argentinalı hücumçu üçün 9 milyon avrosundan keçəcək.
İtaliya nəhəngi PSJ-yə məxsus olan hücumçunun transferində danışıqların son mərhələsindədir. Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirmiş İkardi Türkiyəyə qayıtmaq ehtimalının üstündən xətt çəkib. Təcrübəli hücumçunun xidmətində Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, İtaliya klubları maraqlıdır.