"Yuventus"un yarımmüdafiəçisi Artur Melo Turini tərk etməyə hazırlaşır.
Sportal.az “Corriere della Sera” portalına istinadən xəbər verir ki, futbolçu İtaliya klubu ilə müqaviləsinə xitam verilməsinə çalışır.
"Qoca sinyora" ilə müqaviləsi 2025-ci ilə qədər olan Melo Braziliyaya qayıtmağı planlaşdırır.
"Qremio" və "Barselona"da oynadıqdan sonra 2020-ci ildə “Yuventus”a keçən Melo son mövsümü “Liverpul”da icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi