Paytaxt klubu forvardını razı saldı

21:48 - 25 İyun 2023

"Roma" Andrea Belottini razı sala bilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "canavarlar" italiyalı forvardın müqavilə müddətini iki illik artırıb.

Belə ki, yeni müqaviləyə əsasən Belotti 2025-ci il iyunun 30-na qədər "Roma"ya məxsus olacaq. 

Təcrübəli hücumçu 2022/23 mövsümündə “Roma”nın heyətində 47 oyun keçirib, 4 qol və 2 ötürmə ilə yadda qalıb.

Xəbər xətti