"Milan" İtaliya millisinin üzvü Canluka Skamakkanı transfer etməyi planlaşdırır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" hücumçu üçün "Vest Hem"ə təklif irəli sürüb.
London təmsilçisi 24 yaşlı hücumçunu icarəyə verməyi düşünmür. İngilislər yalnız transfer məbləği ödəniləcəyi təqdirdə, onunla yollarını ayıracaq.
İtaliya millisinin üzvü “Yonq PSV”, “Sassuola”, “Kremoneze”, “Zvolle”, “Askoli”, “Cenoa”da oynadıqdan sonra 2022-ci ildə “Vest Hem”ə keçib.
saytlarin hazirlanmasi