"Əl-Hilal" Kalidu Kulibalidən sonra növbəti transferə hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ərəblər bu dəfə "Everton"un futbolçusu Demaray Qreyi razı salmağa çalışır.
Səudiyyə Ərəbistanı klubunun rəsmiləri danışıqlar üçün İngiltərəyə uçub. 26 yaşlı vingerin "Everton"la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.
Başa çatan mövsüm Qrey 36 matçda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Yamayka millisinin üzvü "Birmingem", "Lester", "Bayer"də oynayıb.
saytlarin hazirlanmasi