Bir vaxtlar Azərbaycanda çalışmış Ruben Sellesin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, ispan məşqçi İngiltərədə çalışacaq. 40 yaşlı mütəxəssis "Ridinq" klubunun baş məşqçisi təyin olunub. Bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi