"Yuventus"la müqaviləsi başa çatan Adrien Rabyo gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Turin təmsilçisini tərk etməyəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 28 yaşlı orta xətt oyunçusu yaxın günlərdə klubla yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Adrien Rabyo 2019-cu ilin yayında PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçmişdi. Fransa millisinin üzvü son mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi