İtaliyalı məşqçi Andrea Pirlonun yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis öz ölkəsində çalışacaq. Bu barədə Canluka Di Martsio məlumat yayıb. Məşqçi "Sampdoriya" ilə 2+1 illik müqavilə barədə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.
Qeyd edək ki, məşqçilik karyerasına "Yuventus"da başlayan ANdrea Pirlo son olaraq Türkiyədə "Fatih Karagümrük"ü çalışdırıb.
saytlarin hazirlanmasi