Kolumbiyalı futbolçu "Yuventus"dan ayrılacaq

21:00 - 27 İyun 2023

"Yuventus"un futbolçusu Xuan Kuadrado gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi Turin təmsilçisini tərk edəcək. 35 yaşlı oyunçu klubun yeni sözləşmə təklifini qəbul etməyib.

Qeyd edək ki, "Yuventus" Xuan Kuadradonu 2015-ci ilin yayında "Çelsi"dən transfer edib. Kolumbiya millisinin üzvü son mövsümdə İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti