Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Polşa komandasına qarşı oyun 7:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Millimizin heyətində Elşad Manafov və Fuad Hüseynov fərqlənib.
Komandamız turnirdə növbəti oyununu bu gün Portuqaliya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi