Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişdi

14:27 - 29 İyun 2023

FİFA-nın milli komandalarının iyun ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi apreldəki reytinqi ilə müqayisədə mövqeyini yaxşılaşdırıb.Milli üç pillə irəliləyib və hazırda 1143,22 xalla 121-ci yerdədir.

Əvvəlki reytinqdən sonra Canni De Byazinin rəhbərlik etdiyi kollektiv AVRO-2024-ün seçmə mərhələsində bir oyun keçirib - Estoniya ilə (1:1).Azərbaycanın ən yaxın təqibçisi Toqo (1140,88), bir pillə yuxarıda isə Syerra- Leone (1156,11) yığmasıdır.

Millinin seçmə mərhələdəki rəqiblərinin siyahısı isə belədir:

Belçika - 5-ci pillə (1788, 55)
İsveç - 23-cü pillə (1547, 11)
Avstriya - 29-cu pillə (1528, 06)
Estoniya - 110-cu pillə (1179, 30)

Xəbər xətti