Avropa Oyunları: Millimiz İspaniyaya uduzdu

19:39 - 29 İyun 2023

Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə üçüncü oyununu keçirib.

Sportal.az xəbər verir ki, İspaniya komandasına qarşı oyun 7:1 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunda Polşaya 2:7, ikinci görüşdə Portuqaliyaya 2:5 hesabı ilə məğlub olmuşdu. Millimiz iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.

Xəbər xətti